Ağstafada yol qəzasında sürücü xəsarət alıb - VİDEO

Ağstafada yol qəzasında sürücü xəsarət alıb - VİDEO
# 04 dekabr 2021 20:10 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Ceyrançöl adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan "NİVA" markalı minik maşını idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq açıb. Qəza zamanı sürücü, 1974-cü il təvəllüdlü Hacı Yadigarov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR