Ağstafada zəncirvari qəza olub - FOTO

Ağstafada zəncirvari qəza olub - FOTO
# 25 oktyabr 2021 00:16 (UTC +04:00)

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Ağstafa-Poylu yolda qeydə alınıb.

Hərəkətdə olan “QAZel” markalı yük maşını “KİA”, “VAZ 2107” və traktorla toqquşub.

Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib.

İlkin məlumatına görə, qəzaya səbəb “QAZel”nin ötmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR