Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb

Ağsuda 1 tondan artıq çətənə kolu yandırılıb
# 29 iyun 2021 10:34 (UTC +04:00)

Ağsu Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Dilman kəndində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, ümumi çəkisi 1 ton 100 kiloqram olan 2670 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılmaqla məhv edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR