Ağsuda fermerin 9 baş iribuynuzlu heyvanı oğurlanıb - FOTO

Ağsuda fermerin 9 baş iribuynuzlu heyvanı oğurlanıb - FOTO
# 02 sentyabr 2021 23:03 (UTC +04:00)

Ağsu rayonunda oğurluq hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Cəfərli kənd sakini, 1966-cı il təvəllüdlü Alxan Basayev Ağsu Rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus 12 baş iribuynuzlu heyvanın naməlum şəxs tərəfindən oğurlanması barədə məlumat verib.

Həmin heyvanlardan 3-ü tapılıb. Fermerə ümumilikdə 15 min manata yaxın maddi ziyan dəyib. Polis əməkdaşları oğurluq edən şəxsin tapılaraq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirləri həyata keçirir.

Faktla bağlı Ağsu RPŞ tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR