Ağsuda keçmiş məhkum “Kalaşnikov”la saxlanılıb - VİDEO

Rauf Şərifov

© APA | Rauf Şərifov

# 20 may 2021 10:10 (UTC +04:00)

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri həyata keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Rauf Şərifovun odlu silah-sursat gəzdirməsi və saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Ağsu rayonu ərazisində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb. R.Şərifov ifadəsində silah-sursatın ona məxsus olduğunu və bir neçə il öncə tapdığını bildirib.

Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR