Ağsuda taxıl sahəsində yanğın olub

Ağsuda taxıl sahəsində yanğın olub
# 03 iyun 2021 18:42 (UTC +04:00)

Ağsuda taxıl sahəsində yanğın olub. 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən, Ağsu rayonunun Musabəyli kəndində təqribən 10 ha sahədə biçilməmiş taxıl sahəsi yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq saat 17:55-də tam söndürülüb. Yaxınlıqdakı geniş taxıl sahələri yanğından mühafizə olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR