"Akula Akif" və "Nardaranlı Həsən"dən silah və narkotik vasitə götürülüb - FOTO - VİDEO - YENİLƏNİB

"Akula Akif" və "Nardaranlı Həsən"dən silah və narkotik vasitə götürülüb - <span class="red_color">FOTO - <span class="red_color">VİDEO -  <span class="red_color">YENİLƏNİB

© APA | "Akula Akif" və "Nardaranlı Həsən"

# 19 iyul 2021 22:50 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


16:30
 

 

Hacıqabulda kriminal aləmdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınan şəxslərdən avtomat silah və narkotik vasitə götürülüb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən əvvəllər dəflərlə məhkum olunan Hacıqabul rayon sakini, 1973-cü il təvəllüdlü  Akif Ələkbər oğlu Məmmədov saxlanılıb.

Polis əməkdaşları tərəfindən onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, 37 ədəd patron və iki ədəd sandıqca aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən A. Məmmədovla bir evdə olan tanışı əvvəllər məhkum olunan Sabunçu rayonu Nardaran qəsəbə sakini, 1975-ci il təvəllüdlü Həsən Əliməmməd oğlu  Əzimovun üzərinə keçirilən baxış zamanı isə ondan narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Qeyd edək ki, saxlanılan şəxslər kriminal mühitdə “Akula Akif” və “Nardaranlı Həsən” kimi tanınır. 

Faktlarla bağlı Hacıqabul RPŞ-nin Təhqiqat Bölməsində araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR