Ana məhkum oğluna ipə hopdurulan narkotik ötürmək istəyib - FOTO

Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alınıb

© APA | Penitensiar müəssisəyə narkotik keçirilməsinin qarşısı alınıb

# 21 oktyabr 2021 10:33 (UTC +04:00)

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Müalicə müəssisəsinə və Şəki Penitensiar Müəssisəsinə narkotik maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Xidmətdən APA-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 206.3.2; 234.4.1; 234.4.3 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilmiş və hazırda Penitensiar xidmətin Müalicə müəssisəsində saxlanılan məhkum Tayyib Rəsul oğlu Eynullayev ilə qısamüddətli görüşə gələn anası Bakı şəhər sakini Səfurə Musa qızı Eynullayeva tərəfindən gətirilmiş sovqata baxış keçirilib.
Baxış zamanı orada olan idman şalvarının belindəki ipə xüsusi üsulla hopdurularaq gizlədilmiş 1,748 qram narkotik vasitə-heroin aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR