ANAMA: İndiyədək Füzulinin Horadiz kəndində 164 mina aşkar edilib

ANAMA-nın əməliyyat meneceri Habil Babayev

© APA | ANAMA-nın əməliyyat meneceri Habil Babayev

# 21 sentyabr 2021 12:03 (UTC +04:00)

"Bu günə qədər ANAMA tərəfindən Füzuli rayonunun Horadiz kəndi ərazisində 114 ədəd piyada əleyhinə mina, 50-ə yaxın isə tank əleyhinə mina aşkar edilib".

APA-nın xəbərinə görə, bunu ANAMA-nın əməliyyat meneceri Habil Babayev deyib.

Onun sözlərinə görə, ərazidə təmizlənmə işləri üç üsulla (əllə, minaaxtaran itlərin köməyi ilə, mexaniki şəkildə) həyata keçirilməklə 150 metr enində aparılıb: "Bildiyimiz kimi, ərazidə intensiv döyüşlər gedib. Buraya raket və bombalar atıldığı üçün ərazi həddən artıq çirklidir. Ona görə də burada təmizləmə əllə və mexaniki şəkildə həyata keçirilir".

H. Babayev qeyd edib ki, ərazidə intensiv döyüşlər getdiyi üçün həm minalar, həm atılan raketlər çoxluq təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR