Astara gömrük postunda 137 kiloqram heroin aşkarlanıb

Səfər Mehdiyev

© APA | Səfər Mehdiyev

# 03 dekabr 2021 12:55 (UTC +04:00)

Gömrük orqanlarının həyata keçirdiyi əməliyyat nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

APA xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, ölkənin cənub sərhədində - Astara gömrük postunda 137 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR