Astara sakini tanışını bıçaqlayıb

Astara sakini tanışını bıçaqlayıb
# 29 may 2021 09:55 (UTC +04:00)

Astarada 18 yaşlı gənc bıçaqlanıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə vaxtı şəhər ərazisində baş verib. 2003-cü il təvəllüdlü Elmar Sadıx oğlu Məlikzadə mübahisə zəminində tanışı 1997-ci il təvəllüdlü Elçin Vüqar oğlu Hüseynli tərəfindən bıçaqlanıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Bir neçə bıçaq yarası alan E.Məlikzadə təcili əməliyyat olunub. Hadisəni törədən E.Hüseynli isə artıq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR