Astarada 68 yaşlı kişi intihar edib

Astarada 68 yaşlı kişi intihar edib
# 03 dekabr 2021 12:09 (UTC +04:00)

Astara rayonunda intihar hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Kakalos kənd sakini, 1953-cü il təvəllüdlü İsrafil Abbasov yaşadığı evin həyətində yerləşən istixanada özünü asıb. Onun meyiti müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.

Hazırda hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR