Astarada avtomobil piyadanı vuraraq öldürüb

Astarada avtomobil piyadanı vuraraq öldürüb
# 15 iyun 2021 12:55 (UTC +04:00)

Astarada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə gecə saatlarında rayonun Şahağacı kəndində baş verib. Kənd sakini Mahir Həsənov "VAZ 2107" markalı avtomobillə vurulub və hadisə yerində ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Hadisəni törədən avtomobilin sürücüsünün saxlanıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR