Astarada dənizdə qadın meyiti tapılıb

Astarada dənizdə qadın meyiti tapılıb
# 01 oktyabr 2021 10:12 (UTC +04:00)

Astarada yaşlı qadının meyiti tapılıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Xəzər dənizinin rayonun Şahağacı kəndi ərazisindəki sahilində 1959-cu il təvəllüdlü Validə Əlişah qızı Dadaşovanın meyiti aşkarlanıb.

Mərhumun ayaqqabılarının tapıldığı yerin yaxınlığında qohumları tərəfindən dənizdən çıxarılan meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR