Astarada ərinin əmisi arvadını bıçaqlayaraq öldürən qadın tutulub - YENİLƏNİB

Astarada ərinin əmisi arvadını bıçaqlayaraq öldürən qadın tutulub - YENİLƏNİB
# 08 oktyabr 2021 14:27 (UTC +04:00)

Prokurorluq Astarada baş verən qətl barədə məlumat yayıb.

Astara rayon prokurorluğundan APA-ya verilən məlumata görə, oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu - 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

***

12.49

Astara rayonunda qadınlar arasında münaqişə ölümlə nəticələnib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Şəmətük kəndində yaşayan Ağayeva Gülsevər Hilal qızı və Ağayeva Mehparə Ağamirzə qızı arasında münaqişə yaranıb. Nəticədə G. Ağayeva M. Ağayevanı bıçaqlayıb. Xəsarət alan qadın Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, o, qısa zamanda ölüb.

Məlumata görə, qadınlar qohumdurlar, qətlə yetirilən Mehparə Ağayeva Gülsevər Ağayevanın ərinin əmisi arvadıdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR