Astarada motosiklet avtomobillə toqquşub, xəsarət alan var

Astarada motosiklet avtomobillə toqquşub, xəsarət alan var
# 11 iyun 2021 13:55 (UTC +04:00)

Astara rayonunda motosiklet avtomobillə toqquşub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, rayonun Giləkəran yaşayış massivinin sakini, 1994-cü il təvəllüdlü Bağır Hüseynəli oğlu Bağırzadənin idarə etdiyi motosikletlə avtomobil toqquşub. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR