Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib

Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib

© APA | Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimələnib

# 19 noyabr 2021 11:32 (UTC +04:00)

Astarada şadlıq sarayının sahibi və toy təşkilatçısı cərimə olunub.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə tədbirlər davam etdirilir. Keçirilən müvafiq tədbirlərlə rayon ərazisində yerləşən “Şəhram” şadlıq sarayında təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Bununla bağlı olaraq həmin şadlıq sarayının sahibi və toyun təşkilatçısı barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati protokol tərtib edilməklə cərimə olunublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR