Astarada yanğın olub, 85 yaşlı qadın yanaraq ölüb

Astarada yanğın olub, 85 yaşlı qadın yanaraq ölüb
# 03 avqust 2021 13:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Astara şəhəri, Heydər Əliyev prospektində, fəaliyyət göstərməyən, birmərtəbəli inzibati binada yanğın olması barədə məlumat daxil olub.

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, binanın ümumi sahəsi 6 m² olan 1 otağında təxminən 1 m² sahəyə yığılan plastik qablar yanır. Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın qısa müddət ərzində söndürülüb. Otağın qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yerinin kəşfiyyatı zamanı otaqda müvəqqəti məskunlaşmış, 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR