Ata Abdullayevin məhkəməsi başlayıb

Ata Abdullayev

© APA | Ata Abdullayev

# 08 oktyabr 2021 17:52 (UTC +04:00)

Bloger Ata Abdullayevin barəsində cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən A. Abdullayevin vəkili həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verib. Vəsatət təmin edilməyib.

Daha sonra prosesdə Ata Abdullayev çıxış edib. O, ittihamlarla razı olmadığını deyib.

Məhkəmənin baxış iclası oktyabrın 19-na təyin edilib.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, Cinayət Məcəlləsinin 182.2.2 (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə ittiham edilərək bəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə 4 nəfər-Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR