Ata Abdullayevin məhkəməsi başlayır

Ata Abdullayev

© APA | Ata Abdullayev

# 27 sentyabr 2021 18:40 (UTC +04:00)

Bloqer Ata Abdullayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın xəbərinə görə, istintaq materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fikrət Qəribovun icraatına verilib.

Cinayət işi üzrə 4 nəfər - Əliyev Elmar Ziyafət oğlu, Babayev Cəmil Alim oğlu, Əliyev Elçin Qulamağa oğlu və Həsənov Şahlar Şahmar oğlu zərərçəkmiş qismində tanınıb.

Qeyd edək ki, A. Abdullayev Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən bu ilin mart ayında saxlanılıb.

O, hədə-qorxu ilə pul tələb etməkdə ittiham edilib.

Barəsində Səbail rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR