İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş Talış kəndinə nəzarət postlarından kənar yollarla daxil olmaq istəyən rayonun Borsunlu kənd sakini Emin Qasımov saxlanılıb.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olmağa cəhd etdiyinə görə E.Qasımov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunaraq rayon məhkəməsinə göndərilib.
Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyən şəxs tutulub - FOTO
© APA | Emin Qasımov
16 noyabr 2021 10:38 (UTC +04:00)
Hadisə
Gəncədə yaşayış binasında baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB
00:01
29 mart 2024
Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib
22:38
28 mart 2024
Mingəçevirdə yataqxana binasında yanğın olub, sakinlər təxliyə edilib - VİDEO
17:59
28 mart 2024
FHN Ağcabədidəki “ASAN xidmət”də mülki müdafiə məşqi təşkil edib
17:06
28 mart 2024