Azərbaycan çempionunu öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

Azərbaycan çempionunu öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib
# 22 iyun 2021 12:47 (UTC +04:00)

İmişlidə qətl törədən şəxsin apellyasiya şikayətinə baxılıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan Apellyasiya Məhkəməsində İmişli sakini Quliyev Elmin Elsevən oğlunun apellyasiya şikayətinə baxılıb. Hakim Etibar Camalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci il yanvar ayında İmişli şəhər sakini, 1994-cü il təvəllüdlü Quliyev Elmin Elsəvən oğlu borca görə aralarında yaranmış münaqişə zəminində İmişli şəhər sakini, 1981-ci il təvəllüdlü Əzizov Zaur Mikayıl oğlunu bıçaqladıqdan sonra üzərindən maşınla keçərək onu qətlə yetirib. Mərhuma məxsus “QAZ 31” markalı avtomobili Ağamalılar kəndi ərazisində Kür çayına, meyiti isə elə həmin ərazidə kolluğa atıb.

Zaur Əzizov sərbəst güləş üzrə ikiqat Azərbaycan çempionu (2011, 2012), Qran-prinin 3 qat qalibi (2008, 2010, 2012) və Avropa Çempionatının bürünc medalçısı (2008) olub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Quliyev Elmin Elsevən oğlu cinayət məcəlləsinin 120.2.4 maddəsi ilə 18 il azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR