Azərbaycan FHN-in qüvvələri Türkiyədə yanğınsöndürmə işlərini davam etdirir - VİDEO

Azərbaycan FHN-in qüvvələri Türkiyədə yanğınsöndürmə işlərini davam etdirir - VİDEO
# 31 iyul 2021 14:04 (UTC +04:00)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyə Respublikasında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarına başlayıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, hazırda yanğınsöndürmə qüvvələri Türkiyənin Marmaris bölgəsində meşə yanğınları ilə mübarizə aparır.

Qeyd edək ki, ötən gün nazirliyin 100 nəfər əməkdaşı Türkiyədə yanğın baş verən ərazilərə yollanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR