“Azərbaycan yanğınsöndürənləri Türkiyə yanğınsöndürənləri ilə çiyin-çiyinə çalışır” - APA TV HADİSƏ YERİNDƏ - VİDEO

“Azərbaycan yanğınsöndürənləri Türkiyə yanğınsöndürənləri ilə çiyin-çiyinə çalışır” - APA TV HADİSƏ YERİNDƏ  - VİDEO
# 31 iyul 2021 19:45 (UTC +04:00)

“Yanğınların söndürülməsində Azərbaycan yanğınsöndürənləri Türkiyə yanğınsöndürənləri ilə çiyin-çiyinə çalışır”.

Bunu APA-nın hadisə yerinə ezam olunmuş müxbiri deyib.

Onun sözlərinə görə, Azərbaycandan gedən yanğınsöndürənlər hazırda Türkiyənin Marmaris bölgəsindədirlər: “Bizim yanğınsöndürənlər dağlıq ərazilərdəki yanğınların söndürülməsində aktiv iştirak edirlər”.

Yanğın bölgəsindəki hazırkı vəziyyət barədə də məlumat verən əməkdaşımız qeyd edib ki, küləyin qalxması yanğının qarşısının alınmasını çətinləşdirir: “Yanğın sürətlə yayılır. Buna görə də Marmaris bələdiyyə sədri əhalinin təxliyə edilməsi barədə əmr verib, əhalinin təxliyəsi sürətlə həyata keçirilir. Hazırda ərazidə yalnız yanğınsöndürmə əməkdaşları çalışırlar. Yanğınlar nəticəsində Türkiyə ekologiyasına ciddi ziyan dəyib, meşə massivləri yanıb, heyvanlar tələf olub”.

O, yanğınsöndürənlərimiz arasında xəsarət alanların olmadığını vuğrulayıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR