Azərbaycanda bu il 6 tonadək narkotik vasitə müsadirə edilib

Azərbaycanda bu il 6 tonadək narkotik vasitə müsadirə edilib
# 26 noyabr 2021 09:35 (UTC +04:00)

"Bu ilin 10 ay ərzində narkotiklərlə bağlı ümumilikdə 7484 cinayət faktı aşkarlanıb".

APA-nın xəbərinə görə, bunu Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov Nazirlər Kabinetində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsinə həsr olunan görüşdə deyib.

Ə. Əhmədov bildirib ki, cari dövr ərzində qanunsuz dövriyyədən ümumilikdə 5 ton 880 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

O qeyd edib ki, narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir cəmiyyətin üzləşdiyi ən ciddi və təhlükəli qlobal problem olduğunu nəzərə alaraq, ölkədə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR