Azərbaycanda bu ilin ilk 6 ayı ərzində 14928 cinayət faktı qeydə alınıb

Azərbaycanda bu ilin ilk 6 ayı ərzində 14928 cinayət faktı qeydə alınıb
# 17 avqust 2021 17:58 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2021-ci ilin yanvar–iyun ayları ərzində ölkədə 14928 cinayət faktı qeydə alınıb.

Bu barədə APA-ya Dövlət Statistika Komitəsinbdən məlumat verilib.

Bildirilib ki, bu rəqəm 2020-ci ilin ilin müvafiq dövrünün göstəricisindən 12,2 faiz çoxdur. Əhalinin hər 100 min nəfərinə hesabı ilə qeydə alınmış cinayət hadisələrinin sayı da əvvəlki dövrlə müqayisədə 15 bənd artaraq 147 olub. Onların 60,6 faizi az ağır, 23,7 faizi böyük ictimai təhlükə törətməyən, 15,7 faizi ağır və xüsusilə ağır cinayətlərə aiddir.
Cinayətlərin strukturunda 2682 hadisə şəxsiyyət əleyhinə, 5647 hadisə iqtisadi sahədə törədilən, 5789 hadisə ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 793 hadisə dövlət hakimiyyəti əleyhinə (onlardan 230 hadisə korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər cinayətlər), 17-si isə digər cinayətlərdir.

Qeydə alınmış şəxsiyyət əleyhinə olan cinayətlərin 86,6 faizini (2323 cinayət hadisəsi) həyat və sağlamlıq əleyhinə olan cinayətlər təşkil edir ki, onların da 1562-si qəsdən sağlamlığa yüngül zərər vurma, 268-i qəsdən sağlamlığa az ağır zərər vurma, 142-si qəsdən sağlamlığa ağır zərər vurma, 109-u qəsdən adam öldürmə və adam öldürməyə cəhd, 11-i əzab vermə, 9-u ehtiyatsızlıqdan adam öldürmə, qalanları isə digər cinayətlərə aiddir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR