Azərbaycanda istifadədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb

Azərbaycanda istifadədə olan nəqliyyat vasitələrinin sayı açıqlanıb
# 17 may 2021 11:56 (UTC +04:00)

Azərbaycanda istifadədə olan nəqliyyat vasitələrinin sayı 1 milyon 500 mindən artıqdır.

APA-nın məlumatına görə, bunu Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev deyib.

N.Piriyev bildirib ki, bu ilin ilk 3 ayı ərzində ölkə ərazisində 376 yol qəzası baş verib, nəticədə 125 nəfər ölüb, 370 nəfər isə xəsarət alıb. Onun sözlərinə görə, ötən illə müqayisə baş verən qəzaların sayı azalsa da, hadisələrin sayı çoxdur: "3 ayda Bakıda 103 yol qəzası baş verib. Aparılan təhlillər göstərir ki, baş verən yol qəzalarının 37,8 faizi piyada vurulması ilə bağlıdır. Son 3 ayda Bakıda baş verən 103 nəqliyyat hadisəsinin 50-si piyada vurulmasıdır. Nəticədə 17 nəfər ölüb, 34 nəfər xəsarət alıb".

N.Piriyev qeyd edib ki, ilin birinci rübündə piyadaların qaydaları pozması ilə bağlı 10 minə yaxın fakt qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR