Azərbaycanla Belarus kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaq

Dmitri Qora

© APA | Dmitri Qora

# 17 noyabr 2021 10:46 (UTC +04:00)

Azərbaycan Baş Prokurorluğunun Elm-Tədris Mərkəzi ilə Belarus İstintaq Komitəsinin İxtisasartırma və yenidən hazırlıq institutu təhsil müəssisəsi arasında qurumlararası əməkdaşlıq əlaqələrinin perspektivlərini müəyyənləşdirən əməkdaşlıq haqqında memorandum imzalanıb.

APA-nın xəbərinə görə, bu barədə Belarus İstintaq Komitəsinin sədri Dmitri Qora jurnalistlərə bildirib.

Onun sözlərinə görə, hər iki ölkənin Baş prokurorluqları arasında və konkret cinayət işlərinin araşdırılması ilə bağlı əməkdaşlıq perspektivləri mövcuddur.

Hazırda cinayətkarlığın beynəlxalq xarakter aldığını vurğulayan D. Qora qeyd edib ki, bura ilk növbədə sərhəd tanımayan kibercinayətkarlıq daxildir və Azərbaycanla Belarus kibercinayətkarlığa qarşı birgə mübarizə aparacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR