"Azəriqaz"ın əməkdaşları döyülüb - VİDEO

"Azəriqaz"ın əməkdaşları döyülüb - VİDEO
# 25 may 2021 18:04 (UTC +04:00)

“Azəriqaz” İstehsalat Birliyinin 4 əməkdaşı Sabunçu rayonu, Ramana qəsəbəsi, 12-ci Mədən ərazisində xidməti fəaliyyətini həyata keçirərkən fiziki hücuma məruz qalıb.

“Azəriqaz”dan APA-ya verilən məlumata görə, onların arasında qrup rəhbəri kimi çalışan İlkin Əzizov daha çox xəsarət alıb. Abonentə onun evinin yanından keçən yeraltı qaz xəttində Birliyin vəsaiti hesabına təmir işləri aparılacağı bildirilib.

Bundan başqa, həmin həyətdən keçən qaz xəttində qanunsuz birləşmə aşkarlanıb. Görüləcək işlərə mane olan Elnur Əliyev adlı şəxs Birliyin əməkdaşlarına hücum edib. Baş verənlərlə bağlı cinayət işi açılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR