"Azərişıq"ın yarım milyon manatdan çox pulunu mənimsəyən şəxsin məhkəməsi başlayır

"Azərişıq"ın yarım milyon manatdan çox pulunu mənimsəyən şəxsin məhkəməsi başlayır
# 15 iyun 2021 09:06 (UTC +04:00)

Bakıda yarım milyondan çox pul mənimsəmədə təqsirləndirilən Pərviz Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA xəbər verir ki, P. Əliyev barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Cavid Hüseynovun icraatına verilib.

Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində "Azərişıq" ASC tanınıb. P. Əliyevə 179.4-cü (mənimsəmə, xüsusi ilə külli miqdarda ziyan vurduqda) maddəsi ilə ittiham verilib. İş üzrə zərər yarım milyon manatdan çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR