“Azərtac” və AzTV-nin əməkdaşları Kəlbəcərdə minaya düşərək həlak olub, üç nəfər yaralanıb - HADİSƏ YERİNDƏN VİDEOGÖRÜNTÜ - YENİLƏNİB

Sirac Abışov, Məhərrəm İbrahimov

© APA | Sirac Abışov, Məhərrəm İbrahimov

# 04 iyun 2021 12:42 (UTC +04:00)

Azərbaycanda jurnalistlər minaya düşüb.

APA-nın məlumatına görə, bu barədə “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dən bildirilib.

Azərbaycan Televiziyasının operatoru 1989-cu il təvəllüdlü Sirac Abışov və “Azərtac”ın əməkdaşı Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunun Susuzluq kəndində xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.

AzTV-nin rejissoru Emil Məmmədov, avtobusun sürücüsü və kənd sakini yaralanıb.

Baş verən hadisənin erməni vandalizminin və düşmənin mülki şəxslərə qarşı törətdiyi cinayətlərin daha bir nümunəsi olduğu qeyd edilib.

Hər iki həmkarımızın ailəsinə dərin hüznlə başsağlığı veririk.

Allah rəhmət eləsin!

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR