Badamdarda həyətyanı sahədə yetişdirilən 1 tondan artıq narkotik bitkisi aşkar olunub

Badamdarda həyətyanı sahədə yetişdirilən 1 tondan artıq narkotik bitkisi aşkar olunub
# 25 avqust 2021 13:09 (UTC +04:00)

Bakı şəhəri, Səbail rayonunun Badamdar qəsəbəsində 1 tondan arıq narkotik bitki aşkar edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Badamdar qəsəbə sakini H.Əlizadəyə məxsus həyətyanı sahədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş, çəkisi 975 kiloqram olan 464 ədəd çətənə kolu, 31,5 kiloqrama yaxın marixuana və 19,9 kiloqramdan artıq çətənə bitkisi aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR