Bakıda dairəvi yolda avtomobil dərəyə aşıb

Bakıda dairəvi yolda avtomobil dərəyə aşıb
# 20 sentyabr 2021 18:47 (UTC +04:00)

Bakı kənar dairəvi yolunda yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə dairəvi yolun Yasamal rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

"Opel" markalı avtomobil şosedən çıxaraq dərəyə aşıb. 1965-ci il təvəllüdlü Həşimov Elxan Bakir oğlu qəza nəticəsində ağır xəsarət alıb. O, koma vəziyyətində xəstəxanaya çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR