Bakı dairəvi yolunda avtomobil dərəyə aşıb, xəsarət alan var - FOTO - YENİLƏNİB - VİDEO

Bakı dairəvi yolunda avtomobil aşıb

© APA | Bakı dairəvi yolunda avtomobil aşıb

# 06 iyul 2021 14:17 (UTC +04:00)

Bakı Dairəvi yolunda baş verən qəzada bir nəfər xəsarət alıb.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Namidan Piriyev APA-ya bildirib ki, 99- DT-806 dövlət nişanlı, “Ford Tranzit” markalı avtomobil Lökbatan istiqamətdə hərəkətdə olan zaman idarəetmənin itməsi səbəbindən aşıb. Qəza nəticəsində avtomobilin sürücüsü Eldar Hüseynov xəsarət alıb.

13:38

Bakı dairəvi yolunun Lökbatan istiqamətində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bildirilib ki, minik avtomobili dərəyə aşıb. Hazırda bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR