Bakı-Ələt-Astara yolunda DYP avtomobili qəzaya düşüb, yol polisi xəsarət alıb - YENİLƏNİB

Bakı-Ələt-Astara yolunda DYP avtomobili qəzaya düşüb, yol polisi xəsarət alıb - YENİLƏNİB
# 09 iyul 2021 11:24 (UTC +04:00)

Bakı-Ələt-Astara yolunda xəsarət alan yol polisinin adı məlum olub.

APA-nın cənub bürosunun xəbərinə görə, polis serjantı, 1992-ci il təvəllüdlü Elgün Ağazadə ağır kəllə-beyin travması alıb.

O, Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

***

11.05

Bakı-Ələt-Astara yolunda Yol Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib.

APA xəbər verir ki, yolun Cəlilabad rayonundan keçən hissəsində “Hyundai Santa fe” markalı avtomobil idarəetmənin itməsi səbəbindən 99-YP-945 dövlət nömrə nişanlı Yol Patrul Xidməti avtomobili ilə toqquşub. Daha sonra yük avtomobili arxadan gələrək onlara çırpılıb.

Qəza nəticəsində Dövlət Yol Polisi İdarəsinin əməkdaşı xəsarət alıb. DYP əməkdaşı xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Araşdırma aparılır.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR