Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb - VİDEO

Bakı metrosunda qatar stansiyaya daxil olarkən sərnişin relsin üstünə düşüb - VİDEO
# 05 dekabr 2021 10:30 (UTC +04:00)

"İçərişəhər-Həzi Aslanov" marşrutu ilə hərəkət edən qatar "Nəriman Nərimanov" stansiyasına daxil olarkən, sərnişin stansiya yoluna düşüb.

"Bakı metropoliteni" QSC-dən "APA"ya verilən məlumata görə, hadisə ilə bağlı, dərhal xətdən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb və təlimat tələblərinə uyğun olaraq, sərnişin stansiya yolundan çıxarılıb.

Sərnişinə ilkin tibbi yardım göstərilib. 12 dəqiqədən sonra qatarların hərəkəti bərpa olunub. Aidiyyəti üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR