Bakı-Qazax yolunda 2 yük maşını toqquşub, 1 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda 2 yük maşını toqquşub, 1 nəfər xəsarət alıb
# 24 sentyabr 2021 08:41 (UTC +04:00)

Yevlaxda iki yük maşını toqquşub

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində baş verib.

“KamAZ” markalı yük maşını kiçik tutumlu digər yük maşını ilə toqquşub. Qəza nəticəsində sonuncuda olan sərnişin, 1992-ci il təvəllüdlü Bakı sakini Məmmədov Ədalət Etibar oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR