Bakı-Qazax yolunda 6 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb

Bakı-Qazax yolunda 6 avtomobil toqquşub, 3 nəfər xəsarət alıb
# 20 iyul 2021 21:25 (UTC +04:00)

Bakı-Qazax magistral yolunda avtoqəza baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Atbulaq kəndi ilə Ələt qəsəbəsinin sərhədində qeydə alınıb.

Magistral yola yağ dağılması nəticəsində 6 avtomobil toqquşub. Qəza nəticəsində xəsarət alan 3 nəfər Şirvan xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR