Bakı-Qazax yolunda avtomobilin vurduğu piyada komaya düşüb

Bakı-Qazax yolunda avtomobilin vurduğu piyada komaya düşüb
# 24 may 2021 04:01 (UTC +04:00)

Bakının Qaradağ rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Bakı-Qazax şossesinin Səngəçal qəsəbəsi ərazisinə düşən hissəsində qeydə alınıb.

2006-ci il təvəllüdlü Tanrıverdiyev Aydın Kərim oğlu şossenin piyadalar üçün müəyyən edilməyən hissəsindən keçərkən onu avtomobil vurub.
Yaralı komatoz vəziyyətində xəstəxabaya yerləşdirilib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR