Bakı-Qazax yolunda baş verən qəzada bir ailənin 3 üzvü xəsarət alıb

Bakı-Qazax yolunda baş verən qəzada bir ailənin 3 üzvü xəsarət alıb
# 08 noyabr 2021 13:05 (UTC +04:00)

Bakı-Qazax yolunda, Yevlax rayonu ərazisində yol qəzası olub.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə yolun Qarabağ kanalı yaxınlığından keçən hissəsində baş verib.

“VAZ 2107” markalı maşının digər minik avtomobilinə çırpılması nəticəsində sonuncu maşın idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində bir ailənin 3 üzvü Əkbər, Saygül və Araz Abdullayevlər (ata, ana və onların 17 yaşlı oğlu) xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR