Bakı-Qazax yolunda iki maşın toqquşub - FOTO

Tovuzda yol qəzası

© APA | Tovuzda yol qəzası

# 23 noyabr 2021 17:56 (UTC +04:00)

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun, rayonun Qovlar şəhəri hissəsindən keçən hissəsində qeydə alınıb.

Hərəkətda olan "VAZ 2104" markalı və "Kia Serento" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində Tovuz "Aqrokimya" MMC-ə məxsus "VAZ- 2104" markalı avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR