Bakı-Qazax yolunda qadın sürücü qəza törədib, 3 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-2 - VİDEO

Bakı-Qazax yolunda qəza

© APA | Bakı-Qazax yolunda qəza

# 31 oktyabr 2021 14:35 (UTC +04:00)

Bakı-Qazax magistral avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.

Yevlax Mərkəzi Rayon Xəstəxanasından APA-nın Göyçay bürosuna verilən məlumata görə, Suraxanı rayonu Qaraçuxur qəsəbə sakini, 1978-ci il təvəllüdlü Cabbarova Aynurə Muradil qızı "KİA" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, maşın yoldan çıxaraq kənardakı dəmir məhəccərə çırpılıb.

Hadisə zamanı sürücü Aynurə Cabbarova, övladı 2008-ci il təvəllüdlü Cabbarov Mirhüseyn Mirzə oğlu və Gəncə sakini, 2002-ci il təvəllüdlü Aysun Darqayi Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.
***

saat 14.20

Bakı-Qazax magistralının Ağdaş rayonu ərazisindən keçən hissəsində baş verən yol qəzasında bir ailənin 3 üzvü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
APA-nın Mingəçevir bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü Cabbarov Mirhüsyeyn Mirzə oğlu, 2002-ci il təvəllüdlü Darqayi Aysun Mirzə qızı və avtomobillərdən birinin sürücüsü – Bakı şəhər sakini 1979-cu il təvəllüdlü Cabbarova Aynur Muradil qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Aynur Cabbarovanın durumu ağır olaraq qiymətləndirilir.
***

saat 13.43

Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:30 radələrində magistral yolun Ağdaş və Yevlax rayonları arasından keçən hissəsində qeydə alınıb.
İki minik avtomobilinin toqquşması nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar Yevlax Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının avtomobili ilə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR