Bakı-Quba yolunda qəza olub - FOTO - VİDEO - YENİLƏNİB

Bakı-Quba yolunda qəza

© APA | Bakı-Quba yolunda qəza

# 13 iyun 2021 17:15 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

10:04

Bakı-Quba yolunda qəza baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, qəza magistralın 27-ci kilometrliyində, yolun Ceyranbatan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Eyni istiqamətdə hərəkətdə olan “BMW” markalı avtomobil qarşıda olan “Volksvagen” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən “Volksvagen” markalı avtomobilin sürücüsü idarəetməni itirərək nəqliyyat vasitəsini dəmir arakəsməyə çırpıb. “BMW” markalı avtomobil isə ərazidə yeni inşa olunan körpünün beton piltəsinə dəyib. Hər iki avtomobilə ciddi ziyan dəysə də, ciddi xəsarət alan olmayıb.

Əraziyə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR