Bakı Reabilitasiya Mərkəzində yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirilib

Bakı Reabilitasiya Mərkəzində yanğına qarşı maarifləndirmə tədbiri

© APA | Bakı Reabilitasiya Mərkəzində yanğına qarşı maarifləndirmə tədbiri

# 07 dekabr 2021 16:07 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti Bakı şəhəri, Xətai rayonunda yerləşən Bakı Reabilitasiya Mərkəzində yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

FHN-dən APA-ya verilən məlumata görə, tədbirdə səhiyyə müəssələrində yanğın təhlükəsizliyi normaları barədə söhbət aparılıb, yanğın zamanı zəruri davranış qaydaları izah olunub.

Tədbirdə, həmçinin, mərkəzin ərazisinin daim təmiz vəziyyətdə saxlanılmasının, normativ sənədlərə uyğun ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmasının, yanğın zamanı təxliyə planının müvafiq yerlərdən asılmasının vacibliyi diqqətə çatdırılıb, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş etdirilib.

Sonda iştirakçıların sualları cavablandırılıb, müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR