Bakı sakini küçədə bıçaqlanıb

Bakı sakini küçədə bıçaqlanıb
# 01 sentyabr 2021 05:35 (UTC +04:00)

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Məhəmmədi qəsəbəsində qeydə alınıb.

2005-ci il təvvəllüdlü Hüseynov Seymur Hüseyn oğlu küçədə gəzərkən ona naməlum şəxs hücum edib. Qarnının ön divarından ağır bıçaq xəsarəti alan S.Hüseynov 3 saylı şəhər xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR