Bakı sakini sevgilisini qəsdən avtomobillə vurub

Bakı sakini sevgilisini qəsdən avtomobillə vurub
# 10 iyul 2021 06:11 (UTC +04:00)

Bakının Sabunçu rayonunda avtomobil qadını vurub.

APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü Ələkbərova Aygün Əhmədağa qızı yol kənarında hərəkətdə olarkən onu avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Qadın Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşları tərəfindən ilkin dindirilmə zamanı məlum olub ki, A.Ələkbərovanı onun keçmiş sevgilisi qəsdən vurub. Səbəb isə ondan ayrılması olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR