Bakı sakinləri Biləsuvarda 7 kiloqram narkotiklə saxlanılıblar

Bakı sakinləri Biləsuvarda 7 kiloqram narkotiklə saxlanılıblar

© APA | Bakı sakinləri Biləsuvarda 7 kiloqram narkotiklə saxlanılıblar

# 01 noyabr 2021 11:06 (UTC +04:00)

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7 kiloqramdan artıq narkotik vasitə, psixotrop maddə və narkotik tərkibli həblər aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakinləri V.Abıyev, A.Muradov və A.Həsənli sonuncunun idarə etdiyi avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətiriliblər. Keçirilən baxış zamanı onların olduğu avtomobildən 4 kiloqram 260 qram narkotik vasitə heroin, 3 kiloqram 160 qram psixotrop maddə metamfetamin, 240 qram narkotik vasitə qurudulmuş marixuana və 10 ədəd metadon həbi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR