Bakı şəhər Prokurorluğu: Bu il cinayət işləri üzrə 9 milyon manatlıq maddi ziyan ödənilib

Bakı şəhər Prokurorluğu: Bu il cinayət işləri üzrə 9 milyon manatlıq maddi ziyan ödənilib

© APA | Bakı şəhər Prokurorluğu

# 17 iyul 2021 18:47 (UTC +04:00)

Bu il Bakıda prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 451.976 manat maddi ziyandan 147.652 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 15.971.959 manat məbləğində maddi ziyanın 9.653.280 manatı ödənilib.

APA-nın məlumatına görə, bu barədə bu gün Bakı Şəhər Prokurorluğunda keçirilən əməliyyat müşavirəsində qeyd edilib.

Əməliyyat müşavirəsində prokurorluq orqanlarında ziyanın ödənilməsi vəziyyəti qənaətbəxş hesab olunsa da, ibtidai araşdırma zamanı dəymiş ziyanın ödənilməsi göstəricisinin artırılması üçün zəruri tədbirlərin vaxtında görülməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın axtarılıb tapılması üçün intensiv istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi tapşırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR