Bakı-Sumqayıt qatarının şüşələrini daşla sındıran 10 yaşlı uşaq saxlanılıb

Bakı-Sumqayıt qatarının şüşələrini daşla sındıran 10 yaşlı uşaq saxlanılıb
# 08 noyabr 2021 12:40 (UTC +04:00)

Bakı-Sumqayıt qatarının şüşələrini sındıran şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Nəqliyyatda Baş Polis İdarəsinə noyabrın 6-da saat 19 radələrində Bakı-Sumqayıt elektrik sürət sərnişin qatarı Sumqayıt-Novxanı dayanacaqları arasında hərəkətdə olarkən kənardan daş atılması nəticəsində 2 vaqonun yan şüşələrinin sınması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini olan 10 yaşlı R.Kazımov müəyyən edilərək saxlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR