Bakı-Sumqayıt şosesində avtomobil aşıb, xəsarət alan var - FOTO - VİDEO - YENİLƏNİB

Bakı-Sumqayıt şosesində avtomobil aşıb, xəsarət alan var - FOTO  - VİDEO  -  YENİLƏNİB
# 23 iyul 2021 00:36 (UTC +04:00)

Mətnə video əlavə olunub.


***


23:17

Abşeron rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Bakı-Sumqayıt yolunun Xırdalan şəhəri ərazisinə düşən hissəsində baş verib.

"Opel" markalı avtomobilin sürücüsü sükana nəzarəti itirib. İdarəetmədən çıxan avtomobil şosedən çıxaraq yolun kənarına aşıb. Nəticədə sürücü ağır bədən xəsarətləri alıb. Əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Aşan avtomobilin salonuna baxış keçirilib. Məlum olub ki, ağır xəsarət alan sürücü hadisə şahidlərinin köməkliyi ilə salondan çıxarılaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR